Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
14.11.2014

Fransada dinlərarası dialoqla bağlı beynəlxalq konfranslar keçiriləcək

Noyabrın 14-də Parisdə “Dinlərarası anlaşma: birgəyaşayışın modelləri”, noyabrın 15-də isə Strasburqda “Milli-mədəni müxtəliflikdə konfessiyalararası dialoq: multikultural modellər” mövzularında beynəlxalq konfranslar keçiriləcək.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin UNESCO ilə birgə təşkil edəcəyi bu konfranslarda müxtəlif ölkələrdən din azadlığı, tolerantlıq və dövlət-din münasibətləri üzrə ekspertlər, ictimaiyyət nümayəndələri, beynəlxalq QHT-lərin rəhbərləri, ölkəmizin Fransadakı səfirliyinin, UNESCO və Avropa Şurası yanında nümayəndəliklərinin təmsilçiləri iştirak edəcəklər.
Milli Məclisin deputatları Sahibə Qafarova və Yevda Abramov konfranslara qatılacaqlar.