25.10.2016
“Fitnə” sənədli filmi Zəngilan məktəbliləri üçün nümayiş edilib
Oktyabrın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin və Zəngilan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Binəqədi rayonunda məcburi köçkünlərin kompakt məskunlaşdığı yaşayış kompleksi ərazisində yerləşən 4 saylı Zəngilan rayon tam orta məktəbində “Fitnə” sənədli filminin təqdimatı ilə bağlı tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin müdir müavini Yalçın Abdullayev, Zəngilan RİH-in nümayəndəsi Şənlik Əliyev, məktəbin direktoru Cəbrayıl Şıxəliyev, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Zəngilan RİH-in nümayəndəsi Şənlik Əliyev ölkəmizdə mövcud olan dövlət-din münasibətlərinə toxunuraq, multikultural dəyərlərin qorunub saxlanıldığından və bu dəyərlərin dövlət siyasəti kimi həyata keçirilərək daha da möhkəmləndiyindən danışıb.
DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin müdir müavini Yalçın Abdullayev zərərli dini cərəyanlar haqqında danışıb. O qeyd edib ki, həyata keçirilən din siyasəti, aparılan maarifləndirmə işləri nəticəsində radikal dini cərəyanlar özlərinə cəmiyyət içərisində yer tapa bilmirlər. Yalçın Abdullayev deyib ki, gənclərin üzərinə düşən əsas vəzifə yüksək savad almaq və cəmiyyət üçün faydalı vətəndaş olmaqdır.
Daha sonra “Fitnə” filmi nümayiş olunub. Nümayişdən sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.