Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
15.03.2017

“Fitnə” sənədli filmi Xırdalan şəhəri 3 saylı lisey-məktəbdə nümayiş etdirilib

Martın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin təşəbbüsü ilə Xırdalan şəhəri 3 saylı lisey-məktəbdə “Fitnə” sənədli filminin nümayişi olub.
Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşları Orxan Axundov və Şahlar Məmmədov, məktəbin direktoru, pedoqoji kollektivi, yuxarı sinif şagirdləri iştirak ediblər.
Radikalizm və şəhidlik haqqında öz fikirlərini şagirdlərlə bölüşən məktəbin direktoru Sevinc Əliyeva dini radikalizmə çağırış edənlərin əməlləri barədə geniş məlumat verib. Başqa ölkələrdəki qeyri-qanuni birləşmələrə qoşulan şəxslərdən və onların hərəkətlərinin acı nəticələrindən bəhs edib. Məktəbin 18 məzununun torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə şəhir olduğunu vurğulayan S.Əliyeva məktəbliləri onlardan nümunə götürməyə çağırıb.
DQİDK-nın əməkdaşı Şahlar Məmmədov tarix boyu ölkəmizdə mövcud olmuş dözümlülük, dinc, yanaşı yaşama kimi yüksək keyfiyyətlərdən söz açaraq qloballaşma şəraitində də bu mühitin qorunub saxlanılmasının vacibliyini diqqətə çatdırıb. Qeyd edib ki, ölkəmizdə sabitliyi pozmağa yönəldilmiş  istənilən cəhdə qarşı ayıq-sayıq olmaq lazımdır. Natiq sagirdlərə gənclik potensiallarını düzgün istiqamətə yönəltməyi, biliklərini artırmağa daha çox vaxt ayırmağı tövsiyə edib.
Sonda film nümayiş etdirilib və mövzu ətrafında müzakirələr aparılıb.