13.04.2017
”Fitnə” sənədli filmi Şuşa Humanitar Kollecində nümayiş etdirilib
Aprelin 13-də Şuşa Humanitar Kollecində Şuşa Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şöbəsinin birgə təşkilatçılığı ilə “İslam Həmrəyliyi İli” çərçivəsində “İslamda ümumbəşəri və milli-mənəvi dəyərlər” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik ənənələrindən, Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasına və inkişafına çox mühüm diqqət və qayğı göstərməsindən danışıb, gənclərə xalqımızın milli-mənəvi dəyərlərini yüksək səviyyədə qorumaları üçün öz tövsiyələrini verib.
Şuşa Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Gülbəniz Babayeva “İslamda ümumbəşəri və milli-mənəvi dəyərlər” mövzusunda çıxışında bildirib ki, ən böyük sərvətimiz milli-mənəvi dəyərlərimiz və bu dəyərlərdən formalaşan adət-ənənələrimizdir. Azərbaycan Respublikasının ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğu bir vaxtda gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması daha böyük əhəmiyyət kəsb edir. Milli-mənəvi dəyərlərə bağlılıq vətənpərvərlik hisslərini gücləndirir, insanın əsl vətəndaş kimi yetişməsində mühüm rol oynayır.
Şuşa Humanitar Kollecinin direktoru Rasim Mehdiyev çıxışında belə tədbirlərin gənclərimizin vətənpərvər ruhda yetişməsi baxımından əhəmiyyəti haqqında danışıb.
Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan və dini radikalizmə qarşı mübarizədən bəhs edən ”Fitnə” sənədli filmi nümayiş etdirilib.


.jpg)
.jpg)