21.11.2016
“Fitnə” sənədli filmi Saray qəsəbəsinin gəncləri üşün nümayiş edilib
Noyabrın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Saray qəsəbəsi 3 saylı orta məktəbdə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan dini ekstremizm və radikalizmin fəsadlarından bəhs edən “Fitnə” sənədli filmi nümayiş olunub.
Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşları Orxan Axundov, Şahlar Məmmədov, İsmayıl Cəfərov, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Təyyubə Hüseynova Azərbaycanda tarix boyu mövcud olmuş tolerantlıq və multikultural dəyərlər haqqında şagirdlərə məlumat verib. Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı cənab İlham Əliyevin bu dəyərlərin qorunub saxlanılmasında əvəzsiz xidmətlərindən bəhs edən direktor Dini Qurumlarla İş üzrə Dovlət Komitəsinin də bu uzaqgörən siyasətin təşkilində necə mühüm yer tutduğundan danışıb.
Daha sonra çıxış edən DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Orxan Axundov şagirdlərə Azərbaycandakı tolerant siyasi-ictimai mühitdən və multikultural harmoniyanın çoxşaxəliliyindən danışıb. O, Azərbaycanın müstəqilliyini əldə etməsindən Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıtdığı 1993-cü ilə qədər yaranmış hakimiyyət boşluğundan istifadə edərək Azərbaycana xaricdən daxil olmuş qeyri-ənənəvi radikal cərəyanlardan bəhs edib. Ümumilli Liderimizin bu sahədə qətiyyətli və uzagörən siyasəti nəticəsində bu zərərli ideologiya və cərəyanların qarşısının alındığı vurğulanıb. Orxan Axundov “Fitnə” sənədli filminin də bu səpkidə tədbirlərin bir parçası olduğunu vurğulayıb.
Sonda film ətrafında müəllim və şagirdlərin iştirakı ilə müzakirələr aparılıb.
.jpg)



