Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
12.01.2017

“Fitnə” sənədli filmi Qubadlı məktəblilərinə nümayiş olunub

Yanvarın 11-də Qubadlı  rayonu  Xocahan kənd tam orta  məktəbində dini radikalizmlə mübarizədən bəhs edən “Fitnə” sənədli filminin nümayişi olub.
Tədbirdə Qubadlı rayon Xocahan kənd tam orta məktəbinin direktoru Fuad Bədəlov, Qubadlı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elşən Qəhrəmanov, rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi İslam Allahverdiyev və DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov iştirak ediblər. 
Tədbiri giriş  sözü  ilə  açan məktəbin direktoru Fuad Bədəlov zərərli dini cərəyanlarla  mübarizə  sahəsində  maarifləndirmə işinin əhəmiyyətindən danışıb. 
Qubadlı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər  şöbəsinin müdir müavini–dini qurumlarla  işin təşkilatçısı Elşən Qəhrəmanov çıxışında müsəlman ölkələrində  dini zəmində  baş  verən qanlı qarşıdurmalardan bəhs  edib. Natiq DQİDK-nın təşəbbüsü ilə hazırlanan “Fitnə” filminin  gənclərin yad  dini təsirlərdən qorunmasında effektiv  təsirə malik olduğunu da  diqqətə çatdırıb.
Daha sonra çıxış edən DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov  ölkəmizdə mövcud olan multikultural və  tolerantlıq ənənələrindən bəhs edib. O, tariximizin heç bir dönəmində Azərbaycanda dini  zəmində qarşıdurmaların olmadığını, ölkəmizdə  tarixən mövcud  olan ayrı-ayrı milli, dini  konfessiyaların dinc yaşadığını qeyd  edib.