10.06.2016
“Fitnə” sənədli filmi Laçında nümayiş olunub
Laçın Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Laçın rayon Təhsil şöbəsində “Fitnə” sənədli filminin nümayişi olub.Tədbirdə Laçın Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Cabir Əvəzzadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, Laçın rayon Təhsil şöbəsinin müdir əvəzi Adil Alıyev, Laçın Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı sektorunun müdiri Pərviz Sevdimalıyev rayon dindarları və ziyalılar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Laçın rayon Təhsil şöbəsinin müdir əvəzi Adil Alıyev film barədə ətraflı məlumat verib.
Laçın Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Cabir Əvəzzadə çıxışı zamanı qeyd edib ki, dövlət tərəfindən dini radikalizmlə mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Bu baxımdan Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Fitnə” filmi böyük əhəmiyyətə malikdir. Filmdə radikalizmlə mübarizənin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəfləri öz əksini tapıb.
Sonda “Fitnə” sənədli filmi nümayiş etdirilib.

.png)
