Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
07.11.2016

“Fitnə” sənədli filmi Corat qəsəbəsinin məktəbliləri üçün nümayiş edilib

Noyabrın 7-də Sumqayıt şəhəri Corat qəsəbəsində yerləşən 7 nömrəli məktəbdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Fitnə” sənədli  filmi  nümayiş  olunub.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt  bölgəsi üzrə  şöbəsinin əməkdaşı Ülvi Məmmədov, məktəbin direktoru  Təranə Haqverdiyeva, müəllimlər və şagirdlər  iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Təranə  Haqverdiyeva qeyd edib ki, bu gün cəmiyyəti narahat  edən məsələlərdən biri də gənclər  arasında yalnış dini  düşüncələrin təbliği,  dini  ifratçılıq  və radikalizmdir. Gəncləri zərərli dini təsirlərdən qorumaq  məqsədi ilə mütəmadi olaraq  maarifləndirici tədbirlər  həyata  keçirilir, lazımi  ədəbiyyatlar  dərc  edilir. Təqdim olunan “Fitnə” filmi də maarifləndirici  xarakterlidir, izləyənlərdə  dini  radikalizmin mahiyyəti  və fəsadları  barədə  ətraflı təsəvvür  yaratmaq məqsədi  daşıyır.
DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov   film haqqında  iştirakçılara  ətraflı  məlumat verib.  O qeyd edib ki,  filmdə dini radikalizmin qurbanı olmuş insanların, eləcə də cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin timsalında bu problemin cəmiyyət və dövlətimiz üçün nə qədər təhlükəli olduğu dolğun şəkildə açıqlanır.
Daha sonra “Fitnə” sənədli filmi nümayiş edilib və film ətrafında müzakirələr aparılıb.