Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
09.06.2016

“Fitnə” filmi Tərtər rayonunda nümayiş edilib

İyunun 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Fitnə” filmi Tərtər rayon Mədəniyyət evində  rayon ictimaiyyəti üçün nümayiş edilib. Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elnur Umudov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, Tərtər rayon Gənclər və İdman idarəsinin rəisi Emin Pənahov, Tərtər rayon Mərkəzi Xəstəxanasının baş həkimi Yaşar Hüseynov, Tərtər rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Gündüz Mürsəlov, Tərtər rayon Təhsil şöbəsinin müdiri Surxay Mirzəyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tərtər rayon şöbəsinin rəisi Emil Məmmədov, Tərtər rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov, Tərtər rayon Sığorta İdarəsinin rəisi Oqtay Nuralıyev, Tərtər rayon Məşğulluq Mərkəzinin direktoru Azər Ağayev, Tərtər şəhər “Cümə” məscidinin axundu Sadiq Cəfərov, ümumtəhsil məktəblərinin şagirdləri, rayon dindarları və ziyalılar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elnur Umudov “Fitnə” filmi haqqında məlumat verərək bildirib ki, bütün dünyanı narahat edən ən ciddi problemlərdən biri dini radikalizmdir. Natiq çıxışı zamanı qeyd edib ki, dövlət tərəfindən dini radikalizmə qarşı ardıcıl tədbirlər həyata keçirilir. Bu baxımdan Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Fitnə” filmi böyük əhəmiyyətə malikdir. Filmdə radikalizmlə mübarizənin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəfləri öz əksini tapıb.
Daha sonra “Fitnə” sənədli filminə baxış keçirilib.