Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
01.11.2016

“Fitnə” filmi Sumqayıt məktəblilərinə nümayiş olunub

Noyabrın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin təşəbbüsü ilə Sumqayıt şəhərində yerləşən 3 nömrəli tam orta məktəbdə Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Fitnə” sənədli filmi nümayiş  etdirilib.
Tədbirdə DQİDK-nın Sumqayıt  bölgəsi üzrə  şöbəsinin əməkdaşı Ülvi Məmmədov, məktəbin direktoru Ülkər  Çəndirli, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Ülkər Çəndirli milli-mənəvi dəyərlərimizin təbliği, eləcə də dini radikalizm və onun fəsadları barədə maarifləndirici tədbirlərin həyata  keçirilməsinin zərurətindən danışıb. 
Daha sonra  çıxış edən DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov mənəvi baxımdan sağlam,savadlı və vətənpərvər gənc nəslin yetişdirilməsinin dövlət  siyasətinin əsas prioritet istiqamətlərindən biri olduğunu  bildirib. O qeyd edib ki, bu məqsədlə həyata keçirilən kompleks tədbirlərdən biri də maarifləndirici xarakterli filmlərin çəkilib geniş  auditoriyalarda nümayiş  etdirilməsi, bu yolla gənclərə dini  fundamentalizm və  dini  radikalizmi anlatmaqdır.
Qeyd edək ki, “Fitnə” filmi nümayiş oldunduqdan sonra  film ətrafında müzakirələr aparılıb.