22.06.2016
“Fitnə” filmi Qubadlı sakinlərinə nümayiş olunub
Sumqayıt şəhəri 28 May mədəniyyət evində Qubadlı Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin birgə təşəbbüsü ilə Komitənin sifarişi ilə çəkilən “Fitnə” sənədli filmi nümayiş etdirilib.
Qubadlı rayon sakinləri, o cümlədən ziyalılar, müəllimlər, din xadimləri və gənclərin iştirakı ilə baş tutan tədbiri giriş sözü ilə Qubadlı Rayon İcra Hakimiyyəti Aparatının əməkdaşı Elşən Qəhrəmanov açaraq, DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsi ilə birgə dini, milli-mənəvi dəyərlərimizin təbliği, dini radikalizmə qarşı mübarizə çərçivəsində mütəmadi keçirilən tədbirlər barədə iştirakçılara məlumat verib.
Tədbirdə çıxış edən DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov Komitənin ölkəmizdə dünyəvilik prinsiplərinin qorunması, dini etiqad azadlığının təminatı və dini radikalizmlə mübarizə sahəsində gördüyü işlərdən, həyata keçirdiyi layihələrdən bəhs edib. Qeyd edib ki, təqdim olunan film insanların dini maarifləndirilməsi, zərərli dini cərəyanların, dini radikalizmin mahiyyətini anlamaq üçün olduqca mötəbərdir.
Sonda “Fitnə” sənədli filmi nümayiş olunub.
.png)
.png)
.png)
.png)
(10).png)