30.03.2017
“Fitnə” filmi Lənkəranda tələbələrə nümayiş olunub
Martın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsi, Lənkəran şəhər Gənclər və İdman İdarəsi və Lənkəran Tibb Kollecinin birgə təşkilatçılığı ilə kollecdə dini radikalizm və onun fəsadlarından bəhs edən “Fitnə” sənədli filmi nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin məsləhətçisi Vüqar Şahbazov dini radikalizm, ekstremizm və onun fəsadları haqqında məlumat verərək, gənclərin maariflənməsi, radikal qrupların təsirinə məruz qalmamaları baxımından “Fitnə” filminin mühüm əhəmiyyəti olduğunu bildirib.
Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Elbəy Fətəliyev ölkəmizdə tarixən tolerant və multikultural mühitin hökm sürdüyünü, “Multikulturalizm ili”nin davamı kimi Prezident İlham Əliyev tərəfindən bu ilin “İslam Həmrəyliyi İli” elan edilməsinin mühüm və mütərəqqi təşəbbüs olduğunu diqqətə çatdırıb.
Digər çıxış edənlər tələbə-gənclər arasında bu kimi maarifləndirmə tədbirlərinin keçirilməsinin, gənclərin bu istiqamətdə məlumatlandırılmasının zəruriliyini qeyd ediblər.
Sonda Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Fitnə” sənədli filmi nümayiş etdirilib.
.jpg)
(142).jpg)
(71).jpg)