Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
08.06.2016

“Fitnə” filmi İsmayıllıda maraqla qarşılanıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə faktlar əsasında çəkilmiş “Fitnə” sənədli filmi İsmayıllıda rayon ictimaiyyəti, xüsusilə gənclər arasında nümayiş etdirilib və böyük rəğbətlə qarşılanıb. Hazırda filmin ümumtəhsil məktəblərində, Peşə Tədris Mərkəzində, Humanitar Texnologiya Kollecində, digər təhsil, səhiyyə və mədəni-maarif müəssisələrində nümayişi davam etdirilir.
Bununla bağlı İsmayıllı Rayon İcra Hakimiyyətindən Dövlət Komitəsinə ünvanlanan məktubda yüksək səviyyədə sənədli filmin hazırlanıb ictimaiyyətə təqdim olunması, gənclərin siyasi və mənəvi tərbiyəsində filmin böyük əhəmiyyət daşıdığı vurğulanaraq, bu təşəbbüsə görə Dövlət Komitəsinə təşəkkür bildirilir.
Qeyd edək ki, radikalizmlə mübarizənin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəflərinin işıqlandırıldığı “Fitnə” filmində dini radikalizmin qurbanı olmuş insanların, eləcə də cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin timsalında bu problemin cəmiyyət və dövlətimiz üçün nə qədər təhlükəli olduğu dolğun şəkildə açıqlanır. Filmin paytaxtda və bölgələrdə nümayişi davam etdirilir.