10.06.2016
“Fitnə” filmi İsmayıllı və Şamaxı rayonlarının ictimaiyyəti üçün nümayiş edildi
İyunun 10-da İsmayıllı rayonu Lahıc qəsəbə tam orta məktəbində Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Multikulturalizm və tolerantlığın Azərbaycan modeli” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Tural İbrahimov, İsmayıllı Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Murad Məhərrəmov, Lahıc qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Fikrət Haqverdiyev, məktəbin direktoru Hikmət Haqverdiyev, Lahıc qəsəbə məscidi dini icmasının üzvü Hüseynağa Kamilzadə, o cümlədən müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxış edənlər 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini bildirərək, ölkəmizdə mövcud olan tolerant dəyərlərdən və multikultural ənənələrdən söhbət açıblar. Bildirilib ki, multikulturalizm Azərbaycanda həyat tərzidir və əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən multikulturalizm siyasəti cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılanır.
Sonda ölkəmizdə mövcud tolerant mühitin qorunması və təbliği baxımından mühüm əhəmiyyət daşıyan “Fitnə” filmi nümayiş olunub.
***
İyunun 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə şəhər 3 saylı tam orta məktəb və Texniki Humanitar və Təbiət Fənləri Təmayüllü İnternat tipli liseyin iştirakı ilə “İslamda vəhdət və qardaşlıq prinsipi” adlı tədbir keçirilib. Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Şamaxı Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı İsmayıl Manafov, şəhər 3 saylı tam orta məktəbin direktoru Sevda Əliyeva, Texniki Humanitar və Təbiət Fənləri Təmayüllü İnternat tipli liseyin direktoru Xəqani Tapdıdov, müəllimlər, tələbələr və şagirdlər iştirak ediblər. Çıxış edənlər məscidlərimizdə vəhdət və birliyə çağırışlarla bağlı mütərəqqi təşəbbüslərdən söhbət açaraq İslamın vəhdət və birlik prinsiplərindən bəhs ediblər.
Tədbirin sonunda dini radikalizmlə mübarizədən bəhs edən “Fitnə” sənədli filmi tədbir iştirakçılarına nümayiş olunub.