Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
08.06.2016

“Fitnə” filmi Ağcabədi rayonunda nümayiş etdirilib

İyunun 8-də Ağcabədi rayonu Ü. Hacıbəyov adına Qarabağ muğam Mərkəzində “Fitnə” filmi nümayiş etdirilib. Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, şöbənin əməkdaşları, Ağcabədi rayonu Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qəmbərov, Ağcabədi şəhər “Cümə” məscidinin  axundu Mərdan Rzayev, YAP Ağcabədi rayon təşkilatının sədr müavini, Aparat rəhbəri Nazim Bünyadov, Ağcabədi rayon Təhsil şöbəsinin əməkdaşı Fehruz Rəfiyev, Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva, rayonun 50-dən çox ümumtəhsil məktəbinin direktorları, müəllimləri və şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ağcabədi Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev “Fitnə” filmi haqqında məlumat verərək bildirib ki, bütün dünyanı narahat edən ən ciddi problemlərdən biri dini radikalizmdir.Natiq çıxışı zamanı qeyd edib ki, dövlət tərəfindən dini radikalizmə qarşı ardıcıl tədbirlər həyata keçirilir. Bu baxımdan Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Fitnə” filmi böyük əhəmiyyətə malikdir. Filmdə radikalizmlə mübarizənin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəfləri öz əksini tapıb.