Şriftin ölçüsü:

Saytın rəngi:

06.12.2024

Etik davranış qaydalarına həsr edilmiş təlim keçirilib

Dekabrın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dövlət qulluğu və insan resursları şöbəsi regional bölmələrin müdirləri və əməkdaşları ilə Dövlət Komitəsində qulluq keçən dövlət qulluqçularının etik davranış qaydalarına həsr edilmiş təlim keçirib.

Təlim Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın (8.10.1) icrası ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (Dövlət Komitəsi) sədrinin 3-32/3-1-29/2024 nömrəli, 12.02.2024-cü il tarixli əmri ilə təsdiq edilmiş illik İş Planına uyğun olaraq “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın icrası ilə bağlı təşkil edilib.

Təlim zamanı Dövlət qulluğu və insan resursları şöbəsinin müdiri Aqşin Əliyev dövlət qulluqçularının etik davranış qaydaları sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi, etik davranış qaydalarına daha ciddi riayət edilməsinin təmin edilməsi ilə bağlı çıxış edib. Etik davranışla bağlı aparılan müzakirələrdə Bakı regional bölməsinin müdiri vəzifəsini icra edən Anar Kazımov, Gəncə-Daşkəsən regional bölməsinin müdiri vəzifəsini icra edən Həsən Məmmədov, Abşeron-Xızı regional bölməsinin aparıcı məsləhətçisi Ülvi Məmmədov və digərləri iştirak ediblər.

Etik davranış qaydalarının əsas prinsipləri və məqsədləri, Azərbaycan Respublikasının Konstitusiyasından irəli gələn etik vəzifələrlə bağlı nəzəri biliklər diqqətə çatdırılıb. Eyni zamanda  dövlət qulluqçusu üçün xidməti vəzifənin icrası ilə bağlı müəyyən edilən tələblər, etik davranış qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi və digər mövzularla bağlı müzakirələr aparılıb.