Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
21.11.2025

Etik davranış qaydaları sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsilə bağlı təlim keçirilib

Noyabrın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dövlət qulluqçularının, xüsusilə də rəhbər vəzifəli və dövlət qulluğuna yeni qəbul olunan şəxslərin etik davranış qaydaları sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsilə bağlı təlim keçirilib.

Onlayn formatda təşkil edilən təlimdə Dövlət Komitəsinin Dövlət qulluğu və insan resursları şöbəsinin müdiri Aqşin Əliyev dövlət qulluqçularının etik davranış qaydaları sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi, habelə etik davranış qaydalarına daha ciddi riayət edilməsinin təmin edilməsi ilə bağlı çıxış edib. Həmçinin mövzu ilə bağlı şöbənin müdir müavini vəzifəsini icra edən Gülnarə Qasımova və məsləhətçisi Vəfa Abdurahmanlının çıxışları dinlənilib.

Təlim müzakirələrlə davam edib.