“Erkən nikah, yarımçıq qalan təhsil” mövzusunda videokonfrans keçirilib
Martın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər və Yevlax rayon təşkilatlarının birgə təşkilatçılığı ilə “Erkən nikah, yarımçıq qalan təhsil” mövzusunda videokonfrans keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Fərid Vaqifli, YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Rafiq Əliyev, YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin sədri Kamran Abbasov, Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzinin psixoloqu Taciyə Mehdisoy və gənclər iştirak ediblər.
Çıxışlarda erkən nikahın mənfi nəticələri, fəsadları haqqında bəhs edilib, bu problemə qarşı mübarizədə maarifləndirmənin əhəmiyyəti vurğulanıb. Problemin həlli istiqamətində ölkəmizdə xeyli iş görüldüyü diqqətə çatdırılıb. Din xadimlərinin məsələyə həssas yanaşmalı olduğu bildirilib və onların üzərinə müəyyən vəzifələrin düşdüyü qeyd olunub.
Sonda iştirakçıların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.


