Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
20.04.2021

“Erkən nikah problemi və ona qarşı mübarizə yolları” adlı onlayn seminar-treninq keçirilib

Aprelin 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Erkən nikah problemi və ona qarşı mübarizə yolları” adlı onlayn seminar-treninq keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşları Tərlan Nəzərov, Elməddin Atakişiyev, Ruslan Əfəndiyev, Balakən RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov, Balakən RİH yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul katibi Gültac Əfəndiyeva, YAP Balakən rayon təşkilatı Gənclər birliyinin sədri, Balakən Rayon Gənclər və İdman idarəsinin əməkdaşı Nurlan Şibliyev, Balakən rayon Mərkəzi Kitabxana Sisteminin müdiri Məryəm Tağıyeva, Balakən Gənclər evi sosial xidmət müəssisəsinin əməkdaşları, Balakən rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşları, Balakən rayonunda fəaliyyət göstərən dini icma sədrləri, din xadimləri və gənclər iştirak ediblər.

Çıxışlar zamanı  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə cəmiyyətin gələcəyi olan uşaqların hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verildiyi, uşaq hüquqlarının müdafiəsinə, uşaqların normal formalaşmasına, sağlam böyüməsinə yönələn bir çox dövlət proqramlarının qəbul edildiyi və  onların həyata keçirilməsi üçün tədbirlər planının müəyyənləşdirildiyi qeyd edilib. Uşaqların istismar olunması, erkən nikah, narkomaniya, zərərli vərdişlər, dini radikalizm kimi problemlərin cəmiyyətimizdə uşaq hüquq və azadlıqlarına qarşı yönəlmiş təhlükələri və bu təhlükələrə qarşı mübarizə yolları haqqında ətraflı məlumat verilib, uşaqlara göstərilən diqqət və qayğının artırılması üçün cəmiyyətin hər bir üzvünün səy göstərməsinin önəmi diqqətə çatdırılıb.

Təbirin yekununda erkən nikah problemi ilə bağlı aparılan elmi-analitik araşdırmalar və bu problemin qarşısının alınması məqsədilə son illərdə həyata keçirilən tədbirlər, habelə mübarizə yolları barədə iştirakçılara məlumat verilib.

Mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.