Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
22.06.2017

“Ənənəvi İslam və həmrəylik” adlı layihənin icrasına başlanılıb

Quba şəhəri “Ərdəbil” məscidi dini icmasının “Ənənəvi İslam və həmrəylik” adlı layihəsinin icrasına başlanılıb.
İyunun 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Quba şəhəri “Ərdəbil” məscidində keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Quba Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, dini icmanın sədri Naib Səttarov, eləcə də Quba şəhər sakinləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Quba şəhəri “Ərdəbil” məscidi dini icmasının sədri Naib Səttarov layihənin əhəmiyyəti barədə məlumat verib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev çıxışında Azərbaycanda mövcud olan həmrəylik nümunəsindən bəhs edib. Natiq, eyni zamanda Azərbaycan Prezidentinin 2017-ci ili ölkəmizdə “İslam Həmrəyliyi İli” elan etməsinin önəminə də toxunub.
Daha sonra çıxış edən Quba Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov Azərbaycan dövlətinin dini sahəyə və dindarlara göstərdiyi diqqət və qayğıdan danışıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.