05.04.2013
Elşad İskəndərov Kanada İcmalar Palatası sədrinin müavinini qəbul edib - FOTO
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov 05 aprel 2013-cü il tarixində ölkəmizdə səfərdə olan Kanada İcmalar Palatasının sədrinin müavini, Kanada-Azərbaycan dostluq qrupunun sədri Barri Devolinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Azərbaycanda mövcud tolerantlıq mühiti, dinlərarası münasibətlər ətrafında fikir mübadiləsi aparılmışdır. Dövlət Komitəsinin sədri Elşad İskəndərov qonaqları salamlamış, Kanada ilə Azərbaycan arasında mövcud olan dostluq münasibətlərinin hazırkı durumundan məmnunluğunu ifadə etmişdir. Dövlət Komitəsinin sədri Kanadanın beynəlxalq platformada Azərbaycanın haqlı mövqeyinə, ölkəmizin ərazi bütövlüyünə verdiyi dəstəyə görə təşəkkürünü bildirmişdir.
Daha sonra E. İskəndərov Azərbaycanda dövlət-din münasibətləri, DQİDK-nın son dövrlərdə gördüyü işlər, dini maarifləndirmə sahəsində yeni təşəbbüslər, dövlətimizin milli-mənəvi və dini-tarixi dəyərlərin qorunması, inkişaf etdirilməsi istiqamətində dəstəyi barədə ətraflı məlumat vermişdir.
Öz növbəsində qonaqlar qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürlərini bildirmiş, Azərbaycana səfərdən məmnunluqlarını ifadə etmişlər. Kanada-Azərbaycan dostluq qrupunun sədri Barri Devolin Azərbaycandakı mövcud tolerant mühit barədə məlumatlı olduuğunu bildirmiş və bunu yüksək qiymətləndirmişlər.