23.09.2017
"Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusu müzakirə olunub
Sentyabrın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İsmayıllı rayonu Diyallı kəndində "Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda “dəyirmi masa” keçirilib.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının I müavini Rövşən Ağayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Mehdiyev, Diyallı kənd məscidi dini icmasının üzvləri, müəllimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan RİH başçısının I müavini Rövşən Ağayev qeyd edib ki, milli-mənəvi dəyərlərimizin və tolerantlıq ənənələrinin qorunub daha da inkişaf etdirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
DQİDK-nin Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Mehdiyev Azərbaycanda din siyasətinin və dövlət-din münasibətlərinin formalaşmasında Ulu Öndər Heydər Əliyevin məqsədyönlü və müdrik siyasi kursu haqqnda danışaraq, hazırda bu siyasi-mənəvi xəttin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilirməsi və zənginləşdirilməsini vurğulayıb.
Sonda tədbir iştirakçıları öz təkliflərini diqqətə çatdırıblar.