04.11.2016
DQİDK və Saatlı RİH-nin birgə təşkilatçılığı ilə tədbir keçirilib
Noyabrın 4-də Saatlı şəhər 1 saylı tam orta məktəbində Saatlı Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsi, Saatlı Rayon Polis Şöbəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində “Erkən nikah, dini radikalizm və digər zərərli vərdişlərin yaratdığı hüquqi məsuliyyət” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin məsləhətçiləri Elvin İbrahimov, Ələkbər Quliyev, Saatlı rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin rəhbəri Aida İbrahimova, Saatlı Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın böyük məsləhətçisi Nəriman Ağayev, Saatlı Rayon Ağsaqqalar Şurasının sədri Adil Nağıyev, Saatlı Rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin baş inspektoru Elvin Quliyev, Saatlı RPŞ-nin əməkdaşı Xəyal Abbasov, Saatlı rayon Mərkəzi Xəstəxanasının həkimi Lətifə Əliyeva, ziyalılar, müəllimlər və məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Saatlı Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın böyük məsləhətçisi Nəriman Ağayev erkən nikah probleminin bu gün cəmiyyətimizin aktual problemlərindən biri olduğunu nəzərə çatdırıb. DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin məsləhətçisi Elvin İbrahimov çıxış edərək erkən nikah, dini radikalizm və digər zərərli vərdişlər haqqında seminar iştirakçılarına ətraflı məlumat verib. Saatlı Rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin baş inspektoru Elvin Quliyev çıxış edərək qeyd edib ki, erkən nikahlar həm qızların, həm də oğlanların inkişafına mənfi təsir göstərir və gənclərin təhsil almaq imkanlarını azaldır.
Daha sonra çıxış edən Saatlı Rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin rəhbəri Aida İbrahimova rayonda erkən nikah probleminin yaranmasının qarşısının alınması istiqamətində görülən işlər haqqında məlumat verib.
(55).jpg)
(51).jpg)
(10).jpg)
(45).jpg)