Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
10.03.2016

DQİDK sədrinin birinci müavini Şamaxı və Qobustan dindarları ilə görüşüb

Martın 9-da Qobustan rayon Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü, Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizə sahəsində dini icmaların fəaliyyətinin təşkili” mövzusunda tədbir keçirilib.Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı,Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, QMİ-nin səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, ziyalılar, dini icma sədrləri, imam və axundlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan RİH-in başçısı Adil Məmmədov rayondakı dini durum haqqında ətraflı məlumat verərək,bu cür tədbirlərin əhəmiyyətindən danışıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Şirvan bölgəsinin yetişdirdiyi görkəmli elm xadimləri, ədib və mütəfəkkirlər, xüsusilə din xadimləri barəsində danışaraq, gənclərimizin bu istiqamətdə tərbiyəsindən söhbət açıb.S. Salahlı çıxışında dini radikalizm və onun fəsadları, həmçinin radikalimlə mübarizə sahəsində dini icmaların fəaliyyətinin tənzimlənməsi barədə tədbir iştirakçılarına geniş məlumat verib.
Tədbirdə həmçinin QMİ-nin səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, Rayon Təhsil Şöbəsinin məsul əməkdaşı Ənvər Qayıbov, Abşeron Rayon Ağsaqqallar Şurasının sədri Şıxbala Bayramov, Hilmilli kənd Molokan ruhani-xristian dini icmasının sədri Yekaterina Tsapleva çıxış ediblər.
                                              ****
Martın 9-da Şamaxı rayonunun Adnalı kənd məscidində  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlının, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qasım Qasımov, rayon İH-in nümayəndələrinin, dindarların və rayon hüquq-mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə tədbir keçirilib.Tədbirdə dövlət-din münasibətləri, radikalizm və onunla mübarizədə dindarların vəzifələri barədə çıxışlar olub.
                                              ****
Martın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin və Abşeron Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Multikulturalizm və dini radikalizmə qarşı mübarizə” mövzusunda tədbir keçirilib. Konfransda DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbənin əməkdaşları Rayon Ağsaqqalar  Şurasının sədri Nadir  Ağayev, Abşeron Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Vüqar Bəşirov, Mehdiabad bələdiyyə sədri Əbülfət Nuriyev və İcra nümayəndəsi Bayram İbrahimov iştirak ediblər. Tədbiri giriş sözü ilə Abşeron Rayon icra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Vüqar Bəşirov açıb. O, Abşeron rayonunda mövcud dini durumla bağlı məlumat verib. Bildirib ki, bölgədə dini durum stabildi və məzhəblərarası münasibət yüksək səviyyədədir.Daha sonra çıxış edən DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbənin məsləhətçisi İsmayıl Cəfərov Azərbaycan xalqının əsrlər boyu formalaşan multikulturalizm ənənəsi haqqında məruzə ilə çıxış edib. O, bu dəyərlərin  azərbaycanlıların xarakterik xüsusiyyəti ilə bağlı olduğunu bildirib və multikultural mühitin mövcudluğuna dair konkret örnəklərdən danışıb.  Tədbirdə həmçinin çıxış edən digər natiqlər milli mənəvi dəyərlərin təbliği və şagirdlərə ətraflı izah edilməsinin zəruriliyindən danışıblar.