13.01.2016
DQİDK-nın və rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə tədbirlər keçirilib
Yanvarın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Zərdab Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini ekstremizmə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununun tələbləri baxımından rayon ərazisində dini durumun sabit saxlanılması üçün qarşıda duran vəzifələr mövzusunda tədbir keçirilib.
Tədbirdə Zərdab Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, dini işlər üzrə komissiyanın sədri Rəhman Feyzullayev, rayon İcra Hakimiyyəti Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Murad Həsənov, rayon Polis Şöbəsinin rəis müavini Bilal Nuriyev və DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları, eləcə də, dövlət qeydiyyatından keçən, rayon ərazisində fəaliyyət göstərən dini icmaların rəhbərləri və din xadimləri iştirak ediblər.
Tədbirdə “Dövlət - din münasibətləri”, “Dini ekstremizm nədir?” və “Dini ekstremizə qarşı Qanunun tələbləri" mövzusunda çıxışlar edilib. Dini radikalizm və ekstremizmə qarşı mübarizə, milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində dini icmaların və din xadimlərinin üzərinə düşən vəzifələr haqqında qarşılıqlı fikir mübadiləsinin aparıldığı tədbirdə iştirakçıların sualları cavablandırılıb.

***
Yanvarın 13-də DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsi və Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə dövlət qeydiyyatından keçən, rayon ərazisində fəaliyyət göstərən dini icmaların sədrləri və din xadimləri ilə görüş keçirilib.
Görüşdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları və Göyçay RİH-in məsul əməkdaşı Vüsal Zöhrabov da iştirak edib.
Tədbirdə Göyçay rayonundakı mövcud dini durum, dini icmaların və din xadimlərinin fəaliyyətlərinin aktivləşdirilməsi istiqamətində geniş müzakirələr aparılıb. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş əlavə və dəyişikliklər, “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanunun tələbləri haqqında tədbir iştirakçılarına ətraflı məlumatlar verilib.
(1).jpg)
(1).jpg)
(2).jpg)