17.06.2016
DQİDK-nın və hüquq-mühafizə orqanlarının nümayəndələri radikalizm məsələsini müzakirə ediblər
İyunun 16-da Ağcabədi Rayon Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbələri ilə birlikdə hazırlanmış birgə tədbirlər planına əsasən,Azərbaycan Dövlət Pedoqoji Universitetinin Ağcabədi filialında “Radikal dini cərəyanlar və onlara qarşı mübarizə” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Ağcabədi rayon prokuroru, baş ədliyyə müşaviri Salman Səmədov radikal dini cərəyanların Azərbaycanda meydana gəlməsi,təşkilatlanması, mahiyyəti, əsas təlimləri və təbliğat metodları barədə geniş məlumat verib.
Tədbirdə, həmçinin Ağcabədi rayon polis şöbəsinin rəisi Məhəmməd İbrahimov,DTX-nın Ağcabədi rayon şöbəsinin rəisi Natiq Zamanov, Ağcabədi Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov çıxış ediblər.
Tədbirin sonunda gəncləri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
.png)
.png)


