Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
03.08.2021

DQİDK-nın sifarişi ilə nəşr olunan kitabların təqdimatı keçirilib

Avqustun 3-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsi və Goranboy rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Rayon Mərkəzi Kitabxanasının Oxu zalında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 20 illik fəaliyyəti və Dövlət Komitəsinin sifarişi ilə nəşr olunan kitabların təqdimatına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə təşkilatçı qurumların əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüsal Hüseynli Dövlət Komitəsinin faəliyyəti barədə tədbir iştirakçılarını ətraflı məlumatlandıraraq, ölkəmizin beynəlxalq müstəvidə tolerant və multikultural dəyərləri özündə ehtiva edən bir model formalaşdırdığını qeyd edib. Bununla yanaşı, şöbə əməkdaşı Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə müxtəlif adda dini təyinatlı ədəbiyyatların çap edilməsindəki əsas məqsədin gənclərin radikal təsirlərdən qorunması, ölkəmizin tolerant və multikultural ənənələrinin, milli-mənəvi dəyərlərimizin təbliği və gənclərin yad dini ideologiyalardan qorunması olduğunu bildirib.

Tədbirdə çıxış edən Goranboy RİH-in İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Murov Həsənov ölkəmizdə dini etiqad azadlığının tam təmin olunduğunu qeyd edərək, dövlət-din münasibətlərinin yüksələn xətt üzrə inkişafını vurğulayıb. Bununla yanaşı, Murov Həsənov gənclərin yad təsirlərdən qorunması üçün təhsil amilinin vacibliyini qeyd edib.        

Sonda tədbir iştirakçılarına sərgidə nümayiş edilən dini təyinatlı ədəbiyyatlar barədə məlumat verilib və kitab hədiyyələri təqdim edilib.