Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
18.01.2016

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsində 20 Yanvar faciəsi anıldı

Sovet Ordusunun Azərbaycanda həyata keçirdiyi 20 Yanvar qətliamından 26 il ötür. Azərbaycanın müxətlif bölgələrində bununla bağlı tədbirlər həyata keçirilir. Belə bir tədbirlərdən biri də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsində baş tutub. 20 Yanvar faciəsində şəhid olanların ailə üzvləri və əlilləri ilə keçirilən görüşdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov qeyd edib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmişdir. Nəticədə dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş və yaralanmışdır. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir.
20 Yanvar Cəmiyyəti Lənkəran şəhər şöbəsinin sədri Yusif Abdullayev və başqaları çıxışlarında 20 Yanvar şəhidləri və əlillərinə göstərilən diqqəti dövlətimizin qayğısı kimi dəyərləndirərək ölkə başçımız cənab İlham Əliyevə şəhid ailələri və əlilləri adından minnətdarlıqlarını ifadə ediblər.Tədbirdə şəhidlərin ruhuna dualar oxunub.
Sonda 20 Yanvar şəhid ailələri və əlillərinə ərzaq yardımı verilib.