30.01.2018
DQİDK-nın dəstəyi ilə regionlarda dini maarifləndirmə tədbirləri keçirilir
Yanvarın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Saatlı rayonu Qazanbatan kənd məscidi dini icmasının “İslam həmrəyliyi sülhə və əmin-amanlığa çağırışdır” layihəsi çərçivəsində “İslam həmrəyliyi sülh və birlik nümunəsidir” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Ümumi şöbəsinin baş məsləhətçisi Aqşin Əliyev, DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhərəmov, həmin şöbənin əməkdaşı Elvin İbrahimov, Saatlı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Azər Həsənov, kənd bələdiyyəsinin sədri Sərvər Rizmanov, Saatlı rayonu Qazanbatan kənd məscidi dini icmasının sədri Kamil Laçınov, dini icmanın üzvləri, dindarlar, kənd ağsaqqalları və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Saatlı rayonu Qazanbatan kənd məscidi dini icmasının sədri Kamil Laçınov İslam dininin humanizm, dözümlülük kimi xüsusiyyətləri aşıladığını bildirib. O, həmçinin dinimizin müsəlmanları məzhəb ayrı-seçkiliyi etməməyə, humanist əxlaqa sahib olmağa, birlik və həmrəyliyə çağırdığını bildirib.
DQİDK-nın Ümumi şöbəsinin baş məsləhətçisi Aqşin Əliyev çıxış edərək, Azərbaycanda bütün dinlərin və xalqların nümayəndələrinin bir ailə kimi yaşadığını, dini-mənəvi dəyərlərə qarşılıqlı ehtiramla yanaşıldığını, tolerantlıq və həmrəyliyin hökm sürdüyünü bildirib. Natiq İslam həmrəyliyinin Azərbaycan modeli haqqında danışan natiq ölkəmizin müsəlman dünyasını, bütövlükdə bütün dünyanı sülh və həmrəyliyə çağırdığını qeyd edib.
Daha sonra çıxış edən DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov İslam dini və terrorizm bir-birinə zidd anlayışlardır. Əsl dinin olduğu yerdə ekstremizmə və radikalizmə yer olmadığını diqqətə çatdıran şöbə müdiri İslamın dini ekstremizm kimi hallara alət olunmasının yolverilməz olduğunu bildirib.
Saatlı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Azər Həsənov bu cür tədbirlərin keçilməsinin əhəmiyyətini yüksək qiymətləndirib.

.jpg)
