17.05.2017
DQİDK-nın dəstəyi ilə növbəti maarifləndirmə tədbiri keçirilib
Mayın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Pirallahı rayonu "Pirallahı" məscidi dini icması tərəfindən “İslam həmrəyliyinin Azərbaycan nümunəsi” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Hatəm Gülməmmədov, Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Vüsal Babayev, Pirallahı qəsəbəsi 235 saylı tamorta məktəbin direktoru Tahir Süleymanov, "Pirallahı" məscidi dini icmasının sədri Elçin Baxşıyev, Ağsaqqallar Şurasının Pirallahı rayon şöbəsinin sədri Fazil Məmmədov, ağsaqqallar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icmanın sədri E.Baxşıyev qeyd edib ki, ölkəmizdəki tolerantlıq mühitinin hazırkı səviyyəyə gəlib çatması ölkə başçısı cənab İlham Əliyevin bu istiqamətdə apardığı dövlət siyasətinin nəticəsidir. Natiq vurğulayıb ki, dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımıza bərabər münasibət göstərilir.
Tədbirdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı V.Babayev Prezident İlham Əliyevin 2017-cı ili “İslam Həmrəyliyi İli” elan etdiyini qeyd edərək, əsrlər boyu müxtəlif millətlərin və dinlərin nümayəndələrinin ölkəmizdə dostluq mühitində yaşadıqlarını vurğulayıb.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı H.Gülməmmədov Azərbaycan cəmiyyətində multikultural dəyərlərin tolerantlıq ənənələri ilə birgə inkişaf etdiyini, bu dəyərlərin birgəyaşayış prinsipinə çevrildiyini qeyd edib.
Pirallahı qəsəbəsi 235 saylı tam orta məktəbin direktoru T.Süleymanov və Ağsaqqallar Şurasının Pirallahı rayon şöbəsinin sədri F.Məmmədov çıxışlarında bildiriblər ki, Azərbaycan öz multikultural və tolerant yaşam tərzi ilə dünyaya nümunə olmaqdadır.
Pirallahı qəsəbəsi 235 saylı tam orta məktəbin direktoru T.Süleymanov və Ağsaqqallar Şurasının Pirallahı rayon şöbəsinin sədri F.Məmmədov çıxışlarında bildiriblər ki, Azərbaycan öz multikultural və tolerant yaşam tərzi ilə dünyaya nümunə olmaqdadır.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.