Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
18.04.2017

DQİDK-nın dəstəyi ilə maarifləndirmə tədbiri keçirilib

Aprelin 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Ağsu rayonu Çiyni kənd məscidi dini icmasının “İslam həmrəyliyində məzhəblərarası tolerantlığın önəmi” layihəsi çərçivəsində “Milli-mənəvi dəyərlərimiz və gənclik” adlı maarifləndirici tədbir keçirilib.
Vahir Məmmədov adına Çiyni kənd tam orta məktəbində keçirilən tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Seyidkamil Mirhəsənli, Dövlət Təhlükəsizliyi Xidmətinin Şamaxı regional şöbəsinin əməkdaşı Anar Həmidov, dini icmanın sədri Elşən İsmayılov, Çiyni kənd tam orta məktəbinin direktoru Nənəqız Quliyeva, Ağsu Rayon İcra Hakimiyyəti (RİH) başçısının Çiyni kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mehman Kərimov, məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icmanın sədri E. İsmayılov layihə barədə məlumat verərək bildirib ki, lahiyə çərçivəsində keçirilən tədbirlərin əsas məqsədi sağlam dini biliklərə söykənən maarifləndirmənin aparılması ilə yanaşı, gənc nəsildə milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşılması, müasir və sağlam düşüncəli gənclərin formalaşdırılmasıdır.
Şamaxı bölgəsi üzrə şöbənin əməkdaşı S. Mirhəsənli Azərbaycan cəmiyyətində multukultural dəyərlərin tolerantlıq ənənələri ilə birgə inkişaf etdiyini, bu dəyərlərin birgəyaşayış prinspinə çevrilməsini qeyd edərək bildirib ki, milli-mənəvi dəyərlərimizin qorunması, inkişaf etdirilməsi bu günkü gənc nəslin qarşısında duran əsas vəzifələrdəndir və bunun üçün hər bir gənc müstəqil dövlətimizin həyata keçirdiyi bütün tədbirlərdə fəal iştirak etməlidir.
Daha sonra Dövlət Təhlükəsizliyi Xidmətinin Şamaxı regional şöbəsinin əməkdaşı A.Həmidov, Çiyni kənd tam orta məktəbinin direktoru N.Quliyeva çıxış edərək gənclər arasında dini maarifləndirmə işinin aparılmasının zərurətindən, bəzi radikal qrupların gəncləri öz təsir dairəsinə salmağa çalışmasından danışıb. Milli-mənəvi dəyərlərimiz və gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsi, xüsusilə də milli-mənəvi dəyərlərimizə sahib çıxmağın hər kəsin vətəndaşlıq borcu olması xüsusi qeyd olunub.
Sonda  dini radikalizmə qarşı mübarizədən bəhs edən “Fitnə” sənədli filmi nümayiş olunub.