Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
27.07.2017

DQİDK-nın dəstəyi ilə bölgələrdə maarifləndirmə tədbirləri keçirilir

İyulun 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Salyan rayonu Çuxanlı kəndi “Hacı Cəbrayıl” məscidi dini icmasi tərəfindən “İslam dini həmrəy və tolerant dindir”  layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov, Çuxanlı kənd “Hacı Cəbrayıl”  məscidi dini icmasının sədri Zabil Qədirov, Salyan Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı  Aqşin Babayev, din xadimləri, dindarlar və gənclər iştirak ediblər.
DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov bildirib ki, dünyəvi dövlət kimi Azərbaycan bütün dinlərin və mədəniyyətlərin tarix boyunca birgə yaşadıqları ölkələrdən biridir. O, Azərbaycan cəmiyyətinin tolerantlığından zaman-zaman sui-istifadə edən müəyyən qrupların öz siyasi əməllərini həyata keçirmək üçün dini bir pərdə kimi istifadə etdiklərini və bununla da xalqın və dövlətin birlik və bərabərliyinə xələl gətirməyə çalışdıqlarını nəzərə çatdırıb.
Daha sonra Salyan RİH-in nümayəndəsi Aqşin Babayev bildirib ki, müasir Azərbaycanda mükəmməl dövlət-din münasibətləri sisteminin formalaşması və tətbiqi müstəqil dövlətimizin memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.