26.07.2017
DQİDK-nın dəstəyi ilə bölgələrdə maarifləndirmə tədbirləri keçirilir
İyulun 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Zaqatala rayonu Muxax kənd məscidi dini icmasının “Keçmişdən günümüzə Azərbaycanda İslam həmrəyliyi ənənələri” layihəsi çərçivəsində “Zaqatala rayonunda İslam həmrəyliyi ənənələri” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Sərxan Tahirzadə, QMİ-nin Zaqatala rayonu üzrə qazısı Malik Bilalov, QMİ-nin Zaqatala rayonu üzrə səlahiyyətli nümayəndəsi Rasim Musayev, dini icmanın sədri Abdurahman Rəcəbov və kənd dindarları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan icma sədri Abdurahman Rəcəbov mövzu haqqında məlumat verib.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Sərxan Tahirzadə çıxış edərək İslam həmrəyliyinin zamanın tələbi olmasını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Natiq çıxışında respublikamızda mövcud olan tolerantlıq mühitinə də toxunaraq bunun radikalizmə qarşı mübarizədə əsas vasitə olduğunu qeyd edib.
Daha sonra çıxış edən QMİ-nin Zaqatala rayonu üzrə qazısı Malik Bilalov və səlahiyyətli nümayəndəsi Rasim Musayev radikal dini cərəyanların zərərlərindən danışıblar. Natiqlər çıxışlarında həmçinin gənc nəslin milli-mənəvi ruhda tərbiyə edilməsi və bununla sağlam əqidə mənsubu olmağın əhəmiyyətindən bəhs ediblər.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.