Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
03.11.2025

Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi zamanı səriştə modelinin tətbiqi məqsədilə tədbir keçirilib

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın 2019−2021-ci illərdə icrası üzrə Fəaliyyət Planı”nın 8.9.3-cü yarımbəndinin və Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 3696 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın 2023−2025-ci illərdə icrası üzrə Fəaliyyət Planı”nın 2.2-ci bəndinin icrası ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müvafiq əmrinə əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qulluq keçən dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi mövzusunda təlimlər çərçivəsində dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsini həyata keçirən şəxslər üçün təlimin və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi zamanı səriştə (kompetensiya) modelinin tətbiqi məqsədilə təkliflər hazırlanması ilə bağlı onlayn formatda təlim keçirilib.

Təlim Dövlət Komitəsinin Mərkəzi Aparatının Dövlət qulluğu və insan resursları və Regionlarla iş, eyni zamanda regional bölmələrinin əməkdaşlarının iştirakı ilə baş tutub.

Dövlət qulluğu və insan resursları şöbəsinin müdiri Aqşin Əliyev dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair ümumiləşdirilmiş hesabatların regional bölmələrin müdirləri və əməkdaşları ilə birlikdə müzakirələrinin təşkil edilməsinin faydalarına toxunub. Xidməti fəaliyyətin qiymətləndirilməsi təcrübəsinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin öyrənilməsinin əhəmiyyətinə diqqət çəkib.

 “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsini həyata keçirən şəxslər üçün təlim” mövzusunda Dövlət qulluğu və insan resursları şöbəsinin müdir müavini vəzifəsini icra edən Gülnarə Qasımova və “Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi zamanı səriştə (kompetensiya) modelinin tətbiqi məqsədilə təkliflərin hazırlanması” mövzusunda Dövlət qulluğu və insan resursları şöbəsinin əməkdaşı Vəfa Abdurahmanlı çıxış ediblər.

Daha sonra aparılan müzakirələrdə dövlət qulluqçularının xidməti  fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.