Şriftin ölçüsü:
Saytın rəngi:
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 3696 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın 2023−2025-ci illərdə icrası üzrə Fəaliyyət Planı”nın 2.2-ci və 2.3-cü bəndlərinin icrası ilə bağlı Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müvafiq olaraq 3-32/3-1-29/2024 nömrəli, 12.02.2024-cü il tarixli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində 2024-cü il üzrə İllik İş Planı”na uyğun olaraq Dövlət Komitəsində qulluq keçən dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi mövzusunda təlimlər çərçivəsində dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirələri və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi zamanı səriştə (kompetensiya) modelinin tətbiqi məqsədilə təkliflər hazırlanması ilə bağlı dekabrın 2-də onlayn tədbir keçirilib.
Təlim zamanı Dövlət qulluğu və insan resursları şöbəsinin müdiri Aqşin Əliyev dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair ümumiləşdirilmiş hesabatların regional bölmələrin müdirləri və əməkdaşları ilə birlikdə müzakirələrinin təşkil edilməsinin faydalarının, müzakirələrdə xidməti fəaliyyətin qiymətləndirilməsi təcrübəsinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin öyrənilməsi, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi üzrə hesabatlılığın təmin edilməsi, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi, bundan əlavə dövlət qulluğuna qəbul zamanı səriştə (kompetensiya) modelinin tətbiqinə dair təkliflər hazırlanması, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsində səriştə (kompetensiya) modelinin tətbiq edilməsi məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsi, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi zamanı ilkin olaraq bir və ya bir neçə səriştə (kompetensiya) modelinin tətbiqi məqsədilə səriştələrin (meyarların) müəyyən edilməsi, səriştə (kompetensiya) modelinin tətbiqi nəticəsində dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsində effektivliyin artırılması mövzularında çıxış edib.
Daha sonra dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsilə bağlı müvafiq tövsiyələr verilib.