Şriftin ölçüsü:

Saytın rəngi:

14.09.2013

Dövlət Komitəsinin sədrinin İran İslam Respublikasına rəsmi səfəri başlayıb

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərovun İran İslam Respublikasının İrşad Nazirinin dəvəti ilə bu ölkəyə rəsmi səfəri başlayıb. Azərbaycan və İran arasında dini sahədə ikitərəfli əlaqələrin müzakirsi, mövcud problemlərin aradan qaldırılması, eyni zamanda milli-mənəvi, mədəni əlaqələrinin perspektiv inkişafının artırılması məqsədi daşıyan səfər çərçivəsində İranın yeni hökuməti ilə bir sıra yüksək səviyyəli görüşlər nəzərdə tutulmuşdur.

E. İskəndərovun səfər çərçivəsində İran islam Respublikasının Mədəniyyət və İrşad naziri Əli Cənnəti, Xarici işlər naziri Cavad Zərif, İslam Mədəniyyəti və Əməkdaşlıq Təşkilatının sədri Məhəmmədbaqir Xürrəmşad, o cümlədən digər rəsmi şəxslərlə görüşləri keçiriləcəkdir.

Səfər çərçivəsində Dövlət Komitəsinin sədrinin İranın Qum şəhərində dini təhsil alan azerbaycanlı tələbələrlə görüşü, o cümlədən İranın müvafiq dövlət qurumları ilə ikitərəfli əlaqələrinin inkişafı üçün bir sıra layihələrin müzakirəsi nəzərdə tutulmuşdur.