Şriftin ölçüsü:

Saytın rəngi:

24.05.2013

Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib

Azərbaycan Dövlət Aqrar Univeristetinin binasında keçirilən qəbulda Goranboy, Samux, Gəncə, Göygöl, Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarından 25 nəfər vətəndaş iştirak edib. Vətəndaşları narahat edən problemlər dinlənilib, təkliflər barəsində birgə fikir mübadiləsi aparılıb. Görüş zamanı Dövlət Komitəsinin sədri Elşad İskəndərov bu məsələlərin tezliklə həll olunacağını qeyd edib. Görüşün sonunda edilən müraciətlərin həlli istiqamətində tapşırıq və tövsiyələr verilib.