Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
07.08.2014

Dövlət Komitəsinin sədri Türkiyə səfiri ilə görüşüb

Bu gün Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alper Coşkunu qəbul edib. 
Görüş zamanı səfir Alper Coşkun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Dövlət Komitəsinin sədri təyin edilməsi münasibətilə Mübariz Qurbanlını təbrik edib, ona bu məsuliyyətli və şərəfli işində uğurlar arzulayib.
Görüşdə Türkiyə-Azərbaycan xalqları və dövlətləri arasında tarix boyu formalaşmış qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi, bütövlükdə türk-islam dünyasının mədəni-mənəvi vəhdətinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi yolunda iki ölkənin səylərinin gücləndirilməsinin vacibliyi vurğulanıb.
Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşün sonunda Türkiyəli səfir qəbula görə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya təşəkkür edib.