15.04.2013
Dövlət Komitəsinin sədri Şamaxıda vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov 20 aprel 2013-cü il tarixində, saat 11:00-da Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşlar üçün açıq qəbul keçirəcəkdir. Qəbulda Şamaxı ilə yanaşı, Ağdaş, Qobustan, Göyçay, Ağsu, Kürdəmir, Ucar, Yevlax rayonlarının və Mingəçevir şəhərinin sakinləri iştirak edə bilərlər.
Qəbula yazılmaq istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
DQİDK-nın bölgə şöbə müdiri: Nizami Məmmədov
Tel: (020) 23 5-50-97
Qəbula yazılmaq istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
DQİDK-nın bölgə şöbə müdiri: Nizami Məmmədov
Tel: (020) 23 5-50-97