Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
14.04.2014

Dövlət Komitəsinin sədri Şamaxı Cümə məscidində olmuşdur (Foto)

 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini sədri Elşad İskəndərov Prezident İlham Əliyev sərəncamı ilə bərpa edilmiş tarixi Şamaxı Cümə məscidinə baş çəkmişdir. Məscidin yeni dini icması tərəfindən yaradılmış kitabxanaya Dövlət Komitəsinin kitabxanasından 100 adda ədəbiyyat təqdim edilmişdir.
 
Dövlət Komitəsinin sədri Şamaxı Cümə məscidinin yeni dini icmasının üzvləri ilə görüşmüşdür. Görüş zamanı dini icma üzvləri Prezident İlham Əliyevin din sahəsinə diqqət və qayğısını yüksək qiymətləndirmiş, bildirilmişlər ki, tarixi Şamaxı Cümə məscidinin Prezident İlham Əliyev tərəfindən yenidən bərpa edilərək dindarların istifadəsinə verilməsi bu qayğının ən bariz nümunələrindən biridir.

O da qeyd edilmişdir ki, Prezident İlham Əliyevin müəyyən etdiyi fəaliyyət proqramına uyğun olaraq DQİDK tərəfindən dini maarifləndirmə sahəsində geniş işlərin aparılması, dini icmalarla müntəzəm sıx əlaqələrin qurulması, ilk dəfə olaraq dini icmaların sosial layihələrə cəlb olunması, dindarlar arasında vətənpərvərlik hissinin, tolerantlıq ənənələrinin təbliği sahəsində həyata keçirilən kompleks tədbirlər diqqətəlayiqdir.