Şriftin ölçüsü:

Saytın rəngi:

15.12.2015

Dövlət Komitəsinin sədri Saatlıda vətəndaşları qəbul edib

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirirlər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dekabrın 15-də Saatlıdakı Gənclər Mərkəzində bu rayondan, eləcə də Sabirabad, İmişli, Beyləqan və Xocavənddən olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl Mübariz Qurbanlı, Milli Məclisin deputatı Əflatun Amaşov və Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər.
Qəbula gəlmiş vətəndaşlar əsasən dini icmaların dövlət qeydiyyatına alınması, onların fəaliyyəti, Quran kurslarının təşkili, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, məscidlərin təmiri və digər məsələlərlə bağlı müraciət ediblər. Vətəndaşları diqqətlə dinləyən Komitə sədri Mübariz Qurbanlı bir sıra müraciətləri yerindəcə həll edib. Bəzi müraciətlərin araşdırılması üçün isə göstərişlər verilib. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər baxılması və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara çatdırılmaq məqsədilə qeydiyyata alınıb.