Şriftin ölçüsü:

Saytın rəngi:

04.12.2024

Dövlət Komitəsinin sədri Qubada vətəndaşları qəbul edib

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov dekabrın 4-də Quba şəhərində vətəndaşları qəbul edib.

Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi ehtiramla yad olunub.

Qəbul zamanı Quba, Xaçmaz, Siyəzən, Şabran və Qusar rayonlarından  olan vətəndaşlar İslam dininə aid ibadət yerlərinə din xadiminin təyinatı, müqəddəs kitabları öyrənmə kurslarının yaradılması üçün icazənin alınması, məscidin dini ədəbiyyatla təmin olunması və digər məsələlərlə bağlı müraciət ediblər.

Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.