Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
01.04.2013

Dövlət Komitəsinin sədri Qubada vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov 6 aprel 2013-cü il tarixində, saat 11:00-da Quba şəhərindəki rayon Mədəniyyət Evində vətəndaşlar üçün açıq qəbul keçirəcəkdir. Qəbulda Quba ilə yanaşı, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şimal bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

DQİDK-nın bölgə şöbə müdiri: Eynulla Nurullayev
Tel: (023) 33 5-22-70