Şriftin ölçüsü:

Saytın rəngi:

02.12.2024

Dövlət Komitəsinin sədri Quba şəhərində vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov dekabrın 4-də Quba, Xaçmaz, Siyəzən, Şabran və Qusar rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.

Qəbul saat 11:00-da Quba rayon Heydər Əliyev Mərkəzində (ünvan: Quba şəhəri, Heydər Əliyev prospekti) keçiriləcəkdir.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinə (Əlaqə vasitələri: (023) 336 22 70, (050) 689 07 26, chairman@scara.gov.az, dk-quba@scara.gov.az) müraciət etmələri xahiş olunur.