22.01.2026
Dövlət Komitəsinin sədri Qobustanda vətəndaşları qəbul edəcək
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov yanvarın 26-da Qobustan, Şamaxı, İsmayıllı və Ağsu rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbul saat 11:00-da Qobustan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanında keçiriləcək.
Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Dağlıq Şirvan regional bölməsinə (əlaqə vasitələri: (020) 265 33 04, (055) 655 57 65, chairman@scara.gov.az, dk-shamaxi@scara.gov.az) müraciət etmələri xahiş olunur.
