Şriftin ölçüsü:

Saytın rəngi:

03.07.2013

Dövlət Komitəsinin sədri Prezident İlham Əliyevin facebook səhifəsində vətəndaşların suallarını cavablandıracaq

Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi facebook səhifəsinin növbəti qonağı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərovdur. Bu barədə həmin facebook səhifəsində (www.facebook.com/PresidentIlhamAliyev) məlumat yerləşdirilib. “Dini qurumlarla iş üzrə dövlət Komitəsi 2001-ci ildə yaradılıb. Dini etiqad azadlığının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarətin təmin edilməsi, dini qurumların Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatının aparılması, İcra hakimiyyəti orqanlarının dini işlərlə bağlı fəaliyyətinin əlaqələndirilməsi və bu fəaliyyətə nəzarətin həyata keçirilməsi işləri komitənin səlahiyyətlərinə daxildir. Xahiş edirik ki, verdiyiniz suallar Dövlət Komitəsinin vəzifələrinə aid olsun. Bir daha xatırladırıq ki, mövzuya aid olmayan, təkrarlanan və kənar məsələlərə bağlı suallar silinəcək. İstifadəçiləri daha məsuliyyətli olmağa çağırırıq və mövzuya aidiyyəti olan sualları ünvanlanmağı xahiş edirik. Suallar iyul ayı ərzində qəbul olunacaq və tədricən şərhlər vasitəsilə cavablandırılacaqdır. Eyni zamanda Komitənin diqqətini çəkən maraqlı sualların cavabı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov tərəfindən verilən video intervyuda yer alacaq” – deyə, məlumatda qeyd olunub.