22.10.2015
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Zərdabda vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin bölgələrdə vətəndaşları qəbulu davam edir.
Oktyabrın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Zərdab rayonunda Kürdəmir və Zərdab rayon sakinlərini qəbul edəcək.
Qəbul Zərdab şəhəri, Heydər Əliyev Mərkəzində (ünvan: Zərdab şəhəri, Heydər Əliyev prospekti, 1) saat 10:00-da keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
DQİDK-nın bölgə şöbə müdiri: Nizami Məmmədov
Mob: (051) 977-37-70
e-mail:info@scwra.gov.az
www.scwra.gov.az