15.12.2017
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Yevlaxda vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dekabrın 19-da Yevlax şəhərində Mingəçevir, Ağdaş, Yevlax və Bərdə rayonlarının sakinlərini qəbul edəcək. Qəbul Yevlax şəhəri Heydər Əliyev Mərkəzində (Yevlax şəhəri, Nizami küçəsi, 61) saat 11:00-da keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
DQİDK-nın bölgə şöbə müdiri: Natiq Əfəndiyev
Mob: (050) 211-68-89
Tel: (022) 33-6-55-95
Telefon: e-mail:info@scwra.gov.az