23.01.2015
DQİDK-nın bölgə şöbə müdiri: Azər Abasov
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı yanvarın 27-də Abşeronda vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin bölgələrdə vətəndaşları qəbulu davam edir.Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı yanvarın 27-də Xırdalan şəhərində Abşeron, Sumqayıt və Xızıdan olan vətəndaşları qəbul edəcəkdir.Səhər saat 11:00-da Xırdalan şəhər Mədəniyyət sarayında keçiriləcək qəbulda adları çəkilən şəhər və rayon sakinlərinin arzu və təklifləri, eləcə də onları narahat edən məsələlərlə bağlı müraciətləri dinləniləcək.
Qəbula yazılmaq istəyən vətəndaşlardan Dövlət Komitəsinin Sumqayıt - Abşeron bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
Qəbula yazılmaq istəyən vətəndaşlardan Dövlət Komitəsinin Sumqayıt - Abşeron bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
DQİDK-nın bölgə şöbə müdiri: Azər Abasov
Tel: (050) 211-22-36
e-mail:info@scwra.gov.az
www.scwra.gov.az