24.08.2018
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Xaçmazda vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı avqustun 28-də Xaçmazda şəhərində Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarının sakinlərini qəbul edəcək. Qəbul Xaçmaz rayon Tarix-Diyarşünaslıq muzeyində saat 11:00-da keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
DQİDK-nın bölgə şöbə müdiri: Eynulla Nurullayev
Tel:
(023) 335 22 70
(050) 722-91-25
E-mail:
info@scwra.gov.az
dk-quba@scwra.gov.az